- Baxış sayı: 53
- 12 Oktyabr 2026 19:33
- Baxış sayı: 41
- Oktyabr 12, 2026
- 0

Gənclər və idman nazirliyinin 32-ci ildönümünə həsr olunmuş atçılığın konkur növü üzrə respublika Atçılıq və müasir beşnövçülük üzrə ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yay birinciliyinə start verilib.
Allsport.az xəbər verir ki, yarış Bakı dövlət cıdır meydanında keçirilir.
Turnirin açılışında gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
İki gün davam edəcək yarışda 10-15 və 15-21 yaş kateqoriyaları üzrə məktəblilərlə yanaşı, atçılıq klublarının idmançıları da mübarizə aparırlar.