- Baxış sayı: 43
- 21 Avqust 2026 20:10

- Baxış sayı: 253
- Avqust 20, 2026
- 0


“Aston Martin” pilotu Fernando Alonso Niderland qran prisindən əvvəl sprint yarışının sıralanma turundakı nəticəsini şərh edib.
Allsport.az xəbər verir ki, sonuncu yeri tutan ispaniyalı bolidində bir neçə problemin olduğunu bildirib:
“Bu, sadəcə sprint yarışının sıralanma turudur, ciddi bir şey yoxdur. Problemin konkret nədən qaynaqlandığına gəlincə, əslində hər şeydən bir az var idi (gülür).
Mühərriklə bağlı problemimiz yarandı. O, həddindən artıq güc verirdi və buna görə də bəzən bolidi dayandırmaq çox çətin olurdu.
Bundan əlavə, bolidin düzlüklərdə hərəkəti zamanı arxa qanadın işində də nasazlıq yaranmışdı. Bütün bunların bir araya gəlməsi yaxşı və sürətli dövrə vurmağı xeyli çətinləşdirdi”.