“Qəbələ səfərində oynamaq çətindir”

“Qəbələ səfərində oynamaq çətindir”

“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli premyer liqasının 2-ci turunda “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

Allsport.az xəbər verir ki, mütəxəssis həm nəticədən, həm də futbolçularının çıxışından razı qaldığını deyib:

“Şükürlər olsun ki, ilk üç xalımızı qazandıq. Qəbələ səfərində oynamaq həddindən artıq çətindir. Həm yaxşı komandadır, həm də buranın havası elədir ki, futbolçular bir müddət boğulurlar. Amma onlar bunun öhdəsindən gəldilər.

Zaman-zaman üstünlük rəqibdə olurdu, 90 dəqiqə üstünlük bizdə ola bilməzdi. Qol epizodları yaratdıq, rəqibin də bir neçə şansı oldu. Həm nəticədən, həm də futbolçuların çıxışından razı qaldım.

Qələbəni klub rəhbərliyinə və bizim üçün Qəbələyə qədər gələn azarkeşlərimizə həsr edirik”.

Həmin kateqoriyadan