- Baxış sayı: 32
- 23 Avqust 2026 23:08

- Baxış sayı: 299
- Avqust 20, 2026
- 0


Sloveniya paytaxtı Bratislavada gənclərin dünya çempionatının son günündə 125 kq-da sərbəst güləşçimiz Yusif Dursuov 3-cü yer uğrunda qarşılaşmada gürcüstanlı Aleksadre Abramişviliyə 6:0 qalib gəldi. O, çıxışını başa vurduqdan sonra Allsport.az saytına açıqlama verdi:
“Bəli, bu yarışa iddialı gəlmişdim. Qızıl medal gözləyirdim. Allaha çox şükür olsun, bu da zəif nəticə deyil. Əslində, dünya çempionatına pis başlamamışdım. Sadəcə, yarımfinalda cox xırda səhvlər üzündən amerikalı rəqibimə yenildim. Allah qoysa, qayıdandan sonra həmin səhvlər üzərində işləyib gələcəkdə təkrar etməməyə çalışacağam.
Deyərdim ki, bir qədər də artırmaq lazımdır. Hər idmançı kimi mənim də xəyalım olimpiya oyunlarında iştirak edib orada qızıl medal qazanmaqdır. Olimpiadaya çox var.
Məlum olduğu kimi, 125 kq-da Azərbaycanda güclü rəqabət var. Arazın o tayından, Gürcüstandan olan legionçular və digər yerlilər var. Olsun, kim güclüdürsə, o da haqq etsin”.
Kamran HACI, Bratislava