- Baxış sayı: 92
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 530
- Oktyabr 21, 2026
- 0

“Beşiktaş” Avropa liqasının pley-off mərhələsinin ilk oyununda Litvanın “Kauno” klubunu məğlub edib – 3:0.
Allsport.az xəbər verir ki, “qara qartallar” baş məşqçi Vinçenso İtalianonun rəhbərliyi altında bu mövsüm avrokuboklarda ardıcıl beşinci qələbəsini qazanıb.
Mütəxəssis İstanbul klubunda bunu bacaran ilk məşqçi kimi tarixə düşüb.
İtaliano bu yay “Beşiktaş”ın “sükanı arxasına” keçib.
“Qara qartallar” mütəxəssisin başçılığı ilə bu mövsüm ümumilikdə 6 rəsmi oyuna çıxıb və hər birini qalibiyyətlə bitirib.