- Baxış sayı: 31
- 23 Avqust 2026 23:08

- Baxış sayı: 299
- Avqust 20, 2026
- 0


Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatı sona yaxınlaşır.
Allsport.az xəbər verir ki, yeddinci yarış günündə 70, 74, 97 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.
Hacı Kərimov (70 kq) debütdə hindistanlı Sumit Baraskara 5:1, daha sonra isə Şimali Makedoniya təmsilçisi Muhamed Veseliyə 11:2 hesabıyla qalib gəlib. 1/4 finalda ermənistanlı Davit Davtyanı tam üstünlüklə (12:0) xalçadan məyus yola salan Kərimov yarımfinalda misirli Mohamed Ahmeddən güclü olub – 9:2. Hacı bu gün finalda iranlı Sina Mehdi Xəliliylə qarşılaşacaq.
İsmayıl Rəhimli (74 kq) təsnifat mərhələsində özbəkistanlı Fərruxbəy Jumanazarova 2:4 hesabıyla məğlub olub.
Fərhad Süleymanlı (97 kq) macarıstanlı Robert Erdelyini (11:0) vaxtından əvvəl mübarizədən kənarlaşdırsa da, 1/4 finalda belaruslu Əzəmət Tsarikayevə 8:19 hesabıyla uduzub.
Yusif Dursunov (125 kq) yaponiyalı Hosey Fucitaya tam üstünlüklə (11:1), hindistanlı Ronak Ronaka isə 3:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında amerikalı Dreshaun Rossa 1:4 hesabıyla məğlub olan Yusif bu gün bürünc medal uğrunda güləşəcək.