- Baxış sayı: 18
- 21 Avqust 2026 16:05

- Baxış sayı: 253
- Avqust 20, 2026
- 0


“Braqa”, “Barselona”nın yarımmüdafiəçisi Tommi Markesi heyətinə qatıb.
Allsport.az xəbər verir ki, Portuqaliya klubu 19 yaşlı ispaniyalının transferini rəsmən açıqlayıb.
Markesin keçidi 11 milyon avroya baş tutub. Müqaviləyə əsasən, “Barselona” bonuslar şəklində daha 1 milyon avro əldə edə bilər. Həmçinin Kataloniya təmsilçisi futbolçunun gələcək satışından “Braqa”nın qazanacağı məbləğin 20 faizini alacaq.
Tərəflər 2031-ci ilin yayına qədər müqavilə imzalayıblar. “Barselona”nın öz yetirməsini 60 milyon avroya geri almaq üçün ilk seçim hüququ olacaq. Eyni məbləğ digər klublar üçün futbolçunun müqaviləsində sərbəstqalma məbləği kimi müəyyənləşdirilib.
Markes ötən mövsüm İspaniya La liqasında 2 oyunda meydana çıxıb.