“Çox ağır məğlubiyyət oldu”

“Çox ağır məğlubiyyət oldu”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Misli premyer liqasının 2-ci turunda “Şəfa”ya 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Allsport.az xəbər verir ki, gürcüstanlı mütəxəssis nəticədən narazı qaldığını deyib:

“Doğma azarkeşlər qarşısında çox pis nəticə oldu. Hamımız günahkarıq. Rəqib yarım qol epizodu yaratdı və bundan istifadə etdi. Biz isə əlimizə düşən şanslardan yararlana bilmədik.

Oyun keyfiyyəti baxımından, əlbəttə, suallar var. Meydanın mərkəzində çox top itiririk və ötürmələri ləng veririk. Bu səbəbdən ilk 15-20 dəqiqədə rəqibin əks-hücumlarına imkan verirdik.

Bir çox futbolçularımız hələ onlardan nə tələb olunduğunu anlaya bilmirlər. Çox ağır məğlubiyyət oldu. Bəlkə də çox qol vəziyyəti yaratmadıq, amma qalib gəlmək üçün yetərli sayda epizodlarımız oldu.

Oyun keyfiyyətini artırmaq üçün çox işləməliyik. Ötən mövsüm olan kombinasiyalı oyun, təəssüf ki, hələ yoxdur. Təhlükəli vəziyyətləri yalnız cinah ötürmələrindən sonra yaradırıq”.

Həmin kateqoriyadan