“Lids”də yeni müqavilə

“Lids”də yeni müqavilə

İngiltərənin “Lids” klubu hücumçusu Brenden Eronson ilə müqavilənin müddətini uzadıb.

Allsport.az xəbər verir ki, ABŞ millisinin üzvü ilə yeni anlaşma 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.

25 yaşlı idmançı 2022-ci ildən İngiltərə təmsilçisinin şərəfini qoruyur. O, karyerası ərzində “Filadelfiya” (ABŞ) və “Zaltsburq” (Avstriya) klublarında da çıxış edib.

Qeyd edək ki, B.Eronson 2025/2026 mövsümündə keçirdiyi 42 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. Hücumçunun dəyəri 22 milyon avro qiymətləndirilir.

Həmin kateqoriyadan