Nazir CEV-in prezidentini qəbul etdi

Aprelin 25-də gənclər və idman naziri Fərid Qayıbov Avropa voleybol konfederasiyasının (CEV) prezidenti Roko Sikiriçi qəbul edib.

Allsport.az xəbər verir ki, görüşdə Azərbaycan ilə CEV arasında əməkdaşlıq əlaqələri, voleybolun inkişaf perspektivləri və birgə layihələr müzakirə olunub. Tərəflər gələcək əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Görüşdə nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan voleybol federasiyasının baş katibi Faiq Orucov və CEV-in idarə heyətinin üzvü Cəlil Cəfərov da iştirak ediblər.

Həmin kateqoriyadan