“Neçə illər hamı bunu həsrətlə gözləyirdi”

Ölkə kubokunun 1/8 finalında “Qarabağ” MOİK-i 1:0 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyun haqda danışıb:

“Hər kəsi təbrik edirəm. Burada ilk mətbuat konfransımdır. Həddən artıq sevincliyəm. Neçə illər hamı bunu həsrətlə gözləyirdi. Başda cənab prezident olmaqla ordumuza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onların qəhrəmanlıqları sayəsində buradayıq. Bütün xalqımıza həmişə sağlam və xoşbəxt olmağı arzulayıram. Oyuna gəldikdə, məncə, danışmağa ehtiyac yoxdur. Bizim üçün çətin oldu. Bir az həyəcan var idi. Futbolçular öz aralarında Şuşa, Xankəndi haqda danışırdılar. Son dəqiqədə qol vurduq. MOİK sonadək mübarizə apardı. Onları təbrik edirəm”.

Rəqibin oyunlarına baxmışdıq. Çox yaxşı müdafiə olunub, əks-hücumda təhlükəli olurlar. Qalib gəldiyimiz üçün şadam. Riçard Almeyda başından zədə aldı. Özünü yaxşı hiss etmədi və oyunu davam etdirə bilmədi.

Böyük ehtimalla bir oyunu burada keçirə biləcəyik. “İmarət” qədim stadion olub. Stadion hazır olandan sonra böyük məmnuniyyətlə gedib orada oynayarıq. Hazırda biz oyunlarımızı Bakıda keçiririk. “Qarabağ” Azərbaycanı təmsil edir. Gələcək planlar barədə sonra geniş fikir bildirmək olar.

Həmin kateqoriyadan