«Neftçi» İdman Klubunun sablyaçıları Avrora komanda yarışında 3-cü yer tutub

Bu gün Fransanın Orlean şəhərində Avropa klubları arasında komanda yarışı keçirilib. AQF-in 1-ci vitse-prezideni Yaşar Məmmədovun allsport.az saytına verdiyi xəbərə görə, bu rəqabətdə ölkəmizi «Neftçi» İdman Klubunun sablyaçıları – Səbinə Mikina, Fatimə İbrahimova, Sevil və Sevinc Bünyatova bacılarından ibarət dördlük təmsil edib.

1/4 finalda İngiltərə «London»una 45:31 qalib gələn qızlarımız, yarımfinalda Polşa «Varşava»sına 40:45 uduzublar. 5000 tamaşaçının izlədiyi arenada «neftçilər» Parisin «Metro» klubu ilə birgə bürünc medala sahib çıxıb.

Gələn ilk keçiriləcək eyni yarışda bu rəqabətdə yarımfinala adlayan komandaların bütün xərclərini təşkilatçı ölkə çəkəcək.

Həmin kateqoriyadan