- Baxış sayı: 190
- 13 Aprel 2026 09:45
- Baxış sayı: 72
- May 06, 2026
- 0

AFFA-nın təşkilatçılığı ilə 10, 11, 12 və 13 yaş qrupuna daxil olan uşaqlardan təşkil olunmuş komandalar arasında keçirilən Klublarda Futbol Akademiyası turnirinə yekun vurulub. Allsport.az xəbər verir ki, turnirdə “Neftçi” və “Bakı” klublarının yetirmələri daha üstün olublar.
Belə ki, “Neftçi”nin U-10 və U-11 komandaları rəqiblərindən daha üstün olub. “Bakı”nın isə U-12 və U-13 komandaları çempion adını qazanıb.
Qeyd edək ki, bu klublarla yanaşı, “Sumqayıt”, “Qarabağ”, “Rəvan”, AZAL və “Qəbələ” də müvafiq yaş qrupları üzrə komandaları ilə sözügedən turnirdə təmsil olunub.