“Neftçi” ilə oyun öncəsi ingiltərəli futbolçu transfer etdi

Yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlen “Beşikdaş”a keçib. Allsport.az saytı xəbər verir ki, ingiltərəli, azad futbolçu olaraq 30 iyun 2026-cı ilə qədər müqavilə imzalayıb.

29 yaşlı orta xətt oyunçusu “Liverpul”un heyətində 146 matça çıxıb, 18 qol vurub və 15 məhsuldar ötürmə edib. O, həmçinin “Arsenal” və “Sauthempton”da da çıxış edib.

“Neftçi” konfrans liqasının 3-cü ələməsinin cavab görüşündə Türkiyə klubu ilə bu cümə axşamı İstanbulda qarşılaşacaq. Bakıda ilk oyunda “qara qartallar” 3:1 qalib gəlib.

Həmin kateqoriyadan