“Neftçi” və “Keşlə” ölkə kubokuna qələbə ilə başlayıb

Bu gün ölkə kubokunda yarımfinal mərhələsinə start verilib. Allsport.az saytı xəbər verir ki, günün ilk oyununda “Keşlə” evdə “Sumqayıt”ı qəbul edib. Görüşün taleyini ev sahiblərinin vurduğu yeganə qol həll edib.

Qəbələdə eyni adlı komanda “Neftçi” ilə qarşılaşıb. Son zamanlar dəyişən, güclənən flaqmanla bacarmayan “qara-qırmızılar” bu dəfə də rəqibin müqavimətini qıra bilməyib, 1:2 uduzub. Cavab oyunları 18 apreldə olacaq.

Həmin kateqoriyadan