“Neftçi”də daha bir yoluxma

“Neftçi”nin qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyev də koronavirusa yoluxub. Allsport.az saytı xəbər verir ki, ötən gün məşqə çıxa bilməyən qapıçı Kamran İbrahimov və yarımmüdafiəçi Sabir Buqrin isə hazırda özlərini yaxşı hiss edir.

Öncə baş məşqçi Samir Abbasov, onun köməkçisi Vəfadar Quliyev, müdafiəçilər Anton Krivotsyuk, Mərd Çəlik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçi Fəhmin Muradbəylinin testi müsbət çıxıb.

Həmin kateqoriyadan