- Baxış sayı: 50
- 13 Noyabr 2026 23:56
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Fevralın 8-ində 1-ci divizionun 16-cı turunda Neftçi-2” – “Mingəçevir” matçının 71-ci dəqiqəsində dili qatlanan Həbib İsmayılovun durumuna aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, gənc futbolçu müayinədən keçib. Klubun həkimi Famil Şıxəliyev duruma aydınlıq gətirib:
“Futbolçumuz Həbib İsmayılovun çənə sümüyündə zərbədən sonra əmələ gəlmiş sümük kontuziyasi mövcuddur. Boyun nahiyəsinin KT-sində heç bir zədə əlaməti müəyyən olunmayıb.
Onun heç bir həyatı təhlükəsi olmadığı müəyyən edilib. Həbib 24 saat həkim nəzarətində qaldıqdan sonra bu gün evə buraxılacaq”.