“Neftçi”nin keçmiş hücumçusu “Fənərbağça”nın hədəfində

Ötən yay “Neftçi”ni “Partizan”a dəyişən braziliyalı futbolçu Mateus Saldanya “Fənərbağça”nın diqqətini çəkib. Allsport.az saytı xəbər verir ki, Türkiyə klubu keçid üçün Serbiya təmsilçisi ilə rəsmi danışıqlara başlayıb.

24 yaşlı forvard cari mövsümdə Serbiya superliqasında 18 oyunda 14 qol vurub, 5 assist edib. M.Saldanya icarə əsasında formasını geyindiyi “Neftçi”nin heyətində isə yarım mövsümdə 5 qolla yadda qalmışdı. Hücumçu ilə daha əvvəl “Beşikdaş”ın maraqlandığı bildirilirdi.

“Partizan” 1,3 milyon avroya Yaponiyanın 2-ci liqa klubu “JEF Yunayted Çiba”dan transfer etdiyi oyunçudan hazırda yaxşı gəlir əldə edə bilər. Görünən odur ki, “Fənərbağça” ehtiyat hücumçusu Mişi Batşuayinin mümkün gedişindən sonra onun yerini Saldanya ilə doldurmağa çalışacaq.

Həmin kateqoriyadan