“Neftçi”nin tərəfdaşı İtaliya nəhəngini himayə etmək istəyir

“Türk hava yolları”, Xaqan Çalxanoğlunun çıxış etdiyi “İnter”in yeni geyim himayədarı olmaq üçün İtaliya klubu ilə danışıq aparıb. Allsport.az saytı xəbər verir ki, məşhur şirkət gələn mövsümdən Milan klubunun ana forma sponsoru ola bilər. Tərəflər arasında qurulan toplantıda irəliləyiş qeydə alınmadığı, lakin hələlik heç bir rəsmi anlaşmanın olmadığı bildirilir.

Digər tərəfdən, “İnter” çempionlar liqasının 1/8 finalının ilk matçında evdə “Portu”nu 1:0 yenib. Türkiyəli futbolçu 90 dəqiqə meydanda olub və matçın oyunçusu seçilib. O, mükafatını zəlzələ qurbanlarına həsr edib:

“Ölkəmdə baş verən zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza bu mükafatı təqdim edirəm. Ürəyim və ağlım sizinlədir”. O, mesajını türk, italyan və ingilis dillərində paylaşıb.

“Türk hava yolları” ölkəmizdə “Neftçi” klubunun sponsorudur və flaqmanın məşq etdiyi baza onun adını daşıyır.

Həmin kateqoriyadan