“Neftçi”nin uğursuz yubileyi

Ölkə kubokunun 1/4 finalının ilk oyunu “Neftçi” üçün yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, öz meydanında “Sumqayıt”la qarşılaşan paytaxt təmsilçisi 75-ci ev matçını keçirib.

0:2 hesabı ilə uduzan “ağ-qaralar” yubileyin ikiqat olmasını rəsmiləşdirə bilməyib. Öz meydanında 49 qələbəsi olan “Neftçi” 50-ci uğurunu təxirə salıb.

75 ev oyununda 14 heç-heçəsi olan bayraqdar doğma divarlar arasında 12-ci dəfə yenilib. Bu görüşlərdə 150 qol vuran “Neftçi” 48 top buraxıb.

Həmin kateqoriyadan