- Baxış sayı: 190
- 13 Aprel 2026 09:45
- Baxış sayı: 72
- May 06, 2026
- 0
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az хəbər verir ki, komitə üzvləri 3 komandaya teхniki məğlubiyyət verib.
U-16 Liqasının “Neftçi İK İB” – AzAL matçında AzAL-ın futbolçusu Fərid Bayramov turu buraxmalı olduğu halda meydançaya çıxdığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-16 Liqasının “Neftçi İK İB” – “Xəzər Lənkəran” matçında təcili yardım maşınının olmamasına görə “Neftçi İK İB” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-15 Liqasının “Neftçi” – AzAL matçında AzAL-ın futbolçusu Hüseyn Seyidov turu buraxmalı olduğu halda meydançaya çıxdığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.