“Niyə 4 böyük kluba transfer qadağası cəzası verilmir?”

“Dənizlispor”un baş çalışdırıcısı Giray Bulaq transfer müddətinin uzadılmasını tənqid edib. Allsport.az saytı xəbər verir ki, o, “Böyük dördlük”ün niyə transfer cəzası almadığına da toxunub:

“Millətimizə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirəm. “Yeni Malatyaspor” və “Adanaspor” 1-ci lLiqada liqadan çəkiliblər. Transfer müddəti martın 5-nə qədər uzadılıb. Bundan heç nə başa düşmürəm. Komandaların oyunçularına icazə verin.

Təəssüf ki, bu sistemdə zəlzələ “Dənizlispor”, “Ərzurumspor” və “Altay”a oldu. Bizim nə günahımız var?Transfer qadağası var. Rəqiblərimizə sərbəstlik verirsən, 3 xalımızı silirsən, sonra deyirsən ki, birləşmək şərtdir. Bizə qısaca “liqanı tərk edin” deyirsiz. “Yeni Malatyaspor” və “Adanaspor”da oyunçulara transfer haqqı verərkən, bütün komandalara sərbəstlik verdiniz və bizə pislik etdiniz”.

Həmin kateqoriyadan