Nodar Məmmədov: “Kəpəz”in üstünlüyü azarkeşlərindədir”

Divizionda mübarizə aparan “Kəpəz”in müdafiəçisi Nodar Məmmədov açıqlama verib. Allsport.az xəbər verir ki, təcrübəli oyunçu təlim-məşq toplanışın yaxşı keçdiyini deyib və hədəflərdən danışıb:

“Toplanış yaxşı keçdi. Əvvəlki oyunlara hansı məqsədlə çıxmışıqsa, indi də qarşımıza həmin vəzifəni qoymuşuq. Bütün matçlarda qələbə istəyi ilə oynayacağıq. “Kəpəz”in üstünlüyü ilk növbədə onun azarkeşləri və rəhbərliyin komandaya münasibətidir.

Bəzi komandalardan fərqli, bizə toplanış keçmək üçün uyğun şərait yaradılmışdı. Hər şey yaxşıdır. Çalışacağıq ki, bunun qarşılığında gözləntiləri boşa verməyək”.

Həmin kateqoriyadan