- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Nyukasl Yunayted” mövsümün sonunda klubdan ayrılacağı gözlənilən Aleksandr İsaka əvəzedici tapıb.
Allsport.az xəbər verir ki, “sağsağanlar” hazırda icarə əsasında “Qalatasaray”da çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimheni heyətinə qatmağa çalışacaq. Neapol təmsilçisi 25 yaşlı futbolçusunu 75 milyon avroya satmağa hazırdır.
Osimhen cari mövsüm ərzində İstanbul klubuyla meydana çıxdığı 9 oyunda 8 qol və 3 məhsuldar ötürməylə yadda qalıb.