Ölkə çempionu qış fasilədə 5 yeni futbolçu cəlb edib

“Turan Tovuz” bu qış heyətinə qatdığı yeni transferlərini təqdim edib. Allsport.az saytı xəbər verir ki, 1-ci divizion təmsilçisi dövrələrarası fasilədə heyətinə 5 yeni futbolçu cəlb edib.

Ölkə çempionu yeni oyunçularından biri elita təmsilçisi “Qəbələ”nin üzvü Vüsal Mustafayevdir. Digər futbolçular isə elə digər 1-ci dəstə klublarından transfer edilib. Bunlar Rəhman Musayev (MOİK), Elvin Mirzəyev (Binə), İlqar Hüseynov və Elməddin Hüseynzadədir (hər ikisi “Mil-Muğan”).

Adı sonuncu çəkilən bu gün 14-cü turu çərçivəsində MOİK-lə ev oyununda qol hesabını da açıb. Lakin komandası sonda meydanı 1:2 hesablı məğlub tərk edib.

Həmin kateqoriyadan