Ölkə kubokunda 1/4 finala start

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Allsport.az xəbər verir ki, ilk oyun gününə iki görüş baş tutub. Kubokun son qalibi “Qəbələ” doğma meydanında “Sabah”ı 3:0 hesabı ilə məğlub edib. “Zirə” “ASCO Arena”da “Səbail”in qonağı olub. Oyun qolsuz heç-heçə ilə başa çatıb.

Azərbaycan kuboku, 1/4 final, ilk oyunlar

15:00. “Qəbələ” – “Sabah” – 3:0
Qollar: Klesio Bauk, 19, 44, Ülvi İsgəndərov, 87
Qırmızı vərəqə: Ülvi İsgəndərov, 90+2 (“Qəbələ”)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu

17:00. “Səbail” – “Zirə” – 0:0
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”.

Həmin kateqoriyadan