Ölkə kubokunda 1/8 finala yekun vuruldu

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Allsport.az xəbər verir ki, son oyun günündə üç matç keçirilib. Hər üç görüş Premyer Liqa və I Divizion təmsilçiləri arasında baş tutub.

Əvvəlcə “Zirə” “Qaradağı Lökbatan”ı qəbul edib. Qəsəbə klubu 4 cavabsız qolla mərhələ keçib.

Daha sonra “Sabah” Masazırda “Ağsu”nu sınağa çəkib. “Futuristlər” 5:0 hesabı ilə qalib gələrək 1/4 finala çıxıb.

Son olaraq “Sumqayıt” “Zaqatala” ilə üz-üzə gəlib. Bu dueldə də elita klubu üstün tərəf olub, ancaq daha xırda hesabla – 2:0.

Ötən gün “Kəpəz”i 3:1 hesabı ilə məğlub edən “Keşlə” 1/4 finala yüksəlib və bu mərhələdə “Qarabağ”a rəqib olub.

1/4 finalın cütlükləri:

“Qəbələ” – “Sabah”
“Səbail” – “Zirə”
“Neftçi” – “Sumqayıt”
“Qarabağ” – “Keşlə”

Azərbaycan Kuboku
1/8 final

4 dekabr (çərşənbə)

14:00. “Zirə” – “Qaradağ Lökbatan” – 4:0
Qollar:
 Elvin Məmmədov, 45 (pen.), Müşfiq İlyasiov, 55, Xulyo Sezar Rodriges, 69, İbrahim Aslanlı, 78
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu

15:00. “Sabah” – “Ağsu” – 5:0
Qollar
: Ulisse Diallo, 29 (pen.), Məhəmməd Mirzəbəyov, 61, Arsen Ağcabəyov, 70, Rocer Roxas, 82, 90+3
Hakimlər: Fərid Hacıyev, Mübariz Haşımov, Pərvin Talıbov, Elçin Məsiyev
“Bank Respublika Arena” (ehtiyat meydança)

17:00. “Sumqayıt” – “Zaqatala” – 2:0
Qollar
: Rəhim Sadıxov, 19 (pen.), Əmir Ağayev, 70

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Cəmil Quliyev, Orxan Məmmədov
“Kapital Bank Arena”

Həmin kateqoriyadan