- Baxış sayı: 26
- 26 İyun 2026 10:31
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Allsport.az xəbər verir ki, ilk gündə iki qarşılaşma baş tutub. Əvvəlcə “Zirə” “Səbail”i qəbul edib. Komandalar arasında “ASCO Arena”dakı birinci oyunda hesab açılmamışdı. Yenə əsas vaxtda qalib müəyyənləşməyincə əlavə yarım sata ehtiyac duyulub. Burda qol vurmağı bacaran “Zirə” ilk yarımfinalçı olub.
Günün digər oyunu Masazırda “Sabah”la “Qəbələ” arasında keçirilib. İlk görüşdə 3 cavabsız qolla qalib gələn “qırmızı-qaralar” bu dəfə 3:2 qələbə qazanaraq, növbəti mərhələyə çıxıb.