Aftandil Hacıyev: “Onlarsız bizə çox çətin idi”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqanın 19-cu turunda “Qəbələ” ilə 1:1 hesbalı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, 1:1 hesabı ilə başa çatan oyunu şərh edib:

“Qəbələ səfəri hər zaman çətin olur. Bu, hər bir komandaya aiddir. Hava durumu bir qədər ağır olur. İlk hissədə həqiqətən çətin idi. Amma fasiləyədək yaxşı epizodlar yaxalamışdıq. Futbcularımız sonadək əzmkar mübarizə apardı. Hesab edirəm ki, 1 xal hər iki komandanın aktivinə yazılmalıdır. Bu matçı unudub, növbəti görüşə hazırlaşmalıyıq. Peyman Keşavarz və Hendrik Ekşteynsiz bizə çox çətin idi. Amma 1 xalı qazanmağı bacardıq”.

Həmin kateqoriyadan