- Baxış sayı: 7
- 10 Avqust 2026 22:46
- Baxış sayı: 79
- Avqust 10, 2026
- 0

“Zirə” Azərbaycan kubokunda ardıcıl 3-cü quru oyununu keçirib.
Allsport.az xəbər verir ki, 1/8 finalda “Qaradağ Lökbatan”a 4:0 hesabı ilə qalib gələn “qartallar” 1/4 finalda “Səbail”lə səfərdə qolsuz heç-heçə edib, evdə əlavə vaxtdakı qolla qələbə qazanıb – 1:0. Hər üç matçı əvəzolunmadan keçirən Orxan Sadıqlı kubokdakı 300 dəqiqədə qapısını toxunulmaz saxlayıb.
Kubokda ardıcıl 3 quru oyun keçirən “Zirə” bu göstəricidə klub tarixinin rekorduna imza atıb. Bunadək komanda heç vaxt ardıcıl üç görüşdə qapısını toxunulmaz saxlamayıb.