Ovçunun Elxana “yox” deməsinin səbəbi

“Beşikdaş”dan ayrılan Abdullah Ovçunun Azərbaycan millisini çalışdırmaq istəməməsinin səbəbi müəyyənləşib. Allsport.az xəbər verir ki, 56 yaşlı mütəxəsin “Başakşəhər”də köməkçisi olmuş Sərhad Gülpınar “Radyospor”a açıqlamasında Abdullah Ovçunun mövsümün sonuna qədər dincələcəyini deyib:

“Abdullah Ovçu ilə “Beşikdaş”dan ayrıldıqdan sonra görüşdük. O, əminliklə mövsümün sonuna qədər işləməyəcəyini və istirahət edəcəyini bildirdi. Azərbaycan milli komandasını çalışdırmaq üçün təklif almışdı, ancaq qəbul etmədi”.

Ovçu bu ilin yanvarında “Beşikdaş”dan ayrılıb.

Həmin kateqoriyadan