“Oyunu tam istədiyimiz kimi idarə edə bilmədik”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” matçından (3:4) sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov oyun haqda danışıb:

“Bu oyunda məğlub olmağımıza baxmayaraq, futbolçularımı təbrik edirəm. Növbəti mərhələyə keçməyimiz vacib idi. İki matçın nəticəsinə görə qalib biz olduq. Amma qarşımızda fərqli “Sabah” var idi. Oyunu tam istədiyimiz kimi idarə edə bilmədik.

Fərqli tələblərdə olan komanda var idi. Yaxşı, maraqlı epizodlar oldu. Azarkeşlər üçün bol qollu, maraqlı, gərgin görüş baş tutdu. “Sabah”a uğurlar arzulayıram. İki gündən sonra yenə bu rəqiblə oyunumuz var, həmin qarşılaşmaya hazırlaşacağıq”.

Həmin kateqoriyadan