Özbəkistanda güclərini sınadılar

Özbəkistanda güclərini sınadılar

Daşkənddə gənc qılıncoynadanların dünya kubokunun mərhələ yarışı başa çatıb. Allsport.az saytı xəbər verir ki, sablyaçıların şəxsi yarışında Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədov qrup mərhələsini 2 qələbə ilə başa vurublar. Adı ilk 2 çəkilən təmsilçimiz pley-ofa yüksəlməyi bacarıblar.

Sablyaçılarımız komanda yarışında Səudiyyə Ərəbistanını təmsil edən seçmə kollektivə 42:45 hesabı ilə uduzublar.

Şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran Barat Quliyev birbaşa ən güclü 64-lüyə yüksəlib. O bu mərhələdə ukraynalı Roman Samoilova 8:15 hesabı ilə uduzub.

Qrup mərhələsini 2 qələbə ilə başa vuran Kənan Məlikzadə isə 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə isveçrəli İan Hauriyə 9:15 hesabı ilə məğlub olub. Qrupda 2 qələbəsi olan Fuad Qurbanov isə pley-offa yüksələ bilməyib.

Gənc şpaqaçılarımız komanda yarışında Səudiyyə Ərəbistanını təmsil edən seçmə kollektivə 22:45 hesabı ilə uduzublar.

Həmin kateqoriyadan