Özil həqiqətən karyerasını bitirir? Türkiyədə çətinliklə oynayır, daim zədələnir və tez-tez söyüş söyür

Məsud Özil dönə-dönə müzakirə olunur və yenə söhbət onun oyunundan getmir. Türkiyə mətbuatı yarımmüdafiəçinin karyerasını bitirməyi planlaşdırdığını yazır. Allsport.az saytı xatırladır ki, yayda ulduz futbolçu “Fənərbağça”dan ayrılsa da, doğma vətəndə qalıb. O, İstanbula köçüb və orada matçların birindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan saat hədiyyə alıb.

Eyni zamanda, o, nadir hallarda meydana çıxıb (6 ayda cəmi 187 dəqiqə), amma fevralın 2-də Türkiyə superliqasında “Kayserispor”la oyununda qəfildən start heyətinə düşüb və fasilədə əvəz olunub. Səhər Məsud “Başağşəhər”in məşqinə qatılmayıb. Tərəfdaşlarına karyerasını bitirəcəyini söyləyib. İstanbul klubu ilə müqaviləyə xitam veriləcək. Onsuz da anlaşması mövsümün sonunadək nəzərdə tutulmumdu. Maraqlıdır, Ərdoğan indi nə deyərdi?

O, 2018-19 mözsümündə İngiltərə “Arsenal”ının heyətində Avropa liqasının qrup mərhələsində “Qarabağ”a qarşı oynayıb.

Həmin kateqoriyadan