VİDEO
Özil: “Qismət olsa, Azərbaycana gedərəm”

Türkiyənin “Fənərbağça” klubunun yeni transferi Məsud Özilin təqdimat mərasimi baş tutub. Allsport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda ilin döyüşkən əcnəbisi seçilməsinə də münasibət bildirib:

“Sadəcə “Fənərbağça” azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm. Məni dəstəklədikləri üçün çox təşəkkür edirəm. Minnətdaram. Qismət olsa, bir gün Azərbaycana gedərəm və oradakı qardaşlarımı görərəm. Çox təşəkkür edirəm və salamlarımı göndərirəm”.

Özil 2-ci Qarabağ müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək təbliğati dəstək verib.

Həmin kateqoriyadan