- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 42
- İyun 22, 2026
- 0

“Qarabağ”ın futbolçusu Patrik Andrade açıqlama verib. Allsport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi premyer liqanın 19-cu turunda “Zirə”ni məğlub etdikləri oyunla (2:0) bağlı fikrini bölüşüb:
“Matça yaxşı köklənmişdik. Çətin oyun olacağını bilirdik. Həftə ərzində özümüzü motivasiya etmişdik. Qələbə qazandığımız üçün çox sevinirəm. Aktivimizə növbəti 3 xalı yazdırdıq. Yaxşı oynadığımızı düşünürəm. Vurduğum qol komandamızın rahatlaşması və inamlı qələbə üçün müsbət oldu. Qələbəyə qolla töhfə verdiyim üçün sevinirəm. “Zirə” ilə oyun keçmişdə qaldı, indi “Sabah”la matçı düşünürük”.