Paytaxt birinciliyində kimlər fərqlənib?

Azərbaycan texniki universitetinin idman sarayında yeniyetmə və gənc qılıncoynoynadanların paytaxt birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, Bakı şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 90 idmançı çıxış edib.

Yeniyetmə oğlanlada sablyada Abbas Hüseynov, şpaqa üzrə Orxan Həsənli 1-ci olublar. Qızlarda Züleyxa Sultanlı və Xədicə Həsənli fərqləniblər.

Gənclərdə sablyada Ayxan Xasıyev, şpaqada Fuad Qurbanov, qızlarda Fərəh Abbasova ilə Xədicə Həsənli qalib olublar.

Mükafatçılara BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim edilib.

Həmin kateqoriyadan