Paytaxt birinciliyinin qalibləri

Texniki universitetinin idman sarayında yeniyetmə və gənclər qılıncoynadanların paytaxt birinciliyinə yekun vurulub.

Allsport.az saytı xəbər verir ki, oğlanlarda sablyada Murad Əkbərov, şpaqada Ruslan Həsənov, rapirada İlkin Cəfərzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qızların mübarizəsində sablyada Sara Aydəmirova, şpaqada Nazilə Rəhimova, rapirada isə Püstəxanım Dadaşova 1-ci ter tutublar. Mükafatçılar diplom və medallarla təltif olunublar.

Həmin kateqoriyadan