PFL bir oyunun yerini dəyişdi

PFL bir oyunun yerini dəyişdi

Azərbaycan ərazisində müşahidə olunan qarlı və şaxtalı hava durumu Lökbatan olimpiya idman kompleksinin infrastrukturuna ciddi ziyan vurub. Allsport.az xəbər verir ki, aparılan müşahidələrdən sonra Azərbaycan 1-ci divizionunun 15-ci turunun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyununun 1 mart tarixdə sözügedən arenada keçirilməsinin mümkün olmadığı məlum olub.

“Qaradağ Lökbatan”ın müraciətini, “Neftçi-2” klubunun razılıq məktubunu alan PFL oyunla bağlı aşağıdakı qərarı qəbul edib:

15-ci turun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyunu 1 mart saat 14:00-da “Neftçi” futbol mərkəzinin 4-cü meydançasında keçirilsin və görüş “Neftçi-2” – “Qaradağ Lökbatan” kimi qeyd olunsun.

23-cü turun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyunu isə “Qaradağ Lökbatan” – “Neftçi-2” kimi qeyd olunsun.

Həmin kateqoriyadan