PFL-dən mükafatlandırma ilə bağlı açıqlama

Premyer liqanın və 1-ci divizionun sonuncu turundan sonra mükafatlandırma olacaq. Allsport.az saytı xəbər verir ki, PFL qalib və medalçıları təntənəli şəkildə mükafatlandıracaq. Ölkə çempionatında “Neftçi” – “Qarabağ” görüşündən sonra, çempion “Qarabağ”a qızıl, flaqmana gümüş, “Səbail”ə bürünc medallar təqdim olunacaq. Eyni zamanda, yarışın bombardiri mükafatlandırılacaq. Tədbir “Baksell arena”da keçiriləcək. 

1-ci divizionda eyni hal Lökbatan olimpiya idman kompleksində olacaq. Yarışın qalibi olan MOİK-ə qızıl, “Sumqayıt-2” komandasına gümüş medallar təqdim olunacaq. 3-cü yerin sahibi isə son turun “Neftçi-2” – “Qaradağ Lökbatan”, “Keşlə-2” – “Zaqatala” görüşündə məlum olacaq.

3-cü yerin sahibi olacaq tərəf medallarını almaq üçün Lökbatana təşrif buyuracaq. Eyni zamanda, həmin gün 1-ci divizionun bombardirinə də xüsusi mükafat təqdim ediləcək.

Həmin kateqoriyadan