- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Qarabağ” klubu peşəkar futbol liqasına müraciət ünvanlayıb.
Allsport.az saytı xəbər verir ki, ev oyunlarının keçirildiyi “Azərsun arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığı və təmirə ehtiyac duyulduğu üçün “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub. Mövcud vəziyyəti araşdıran PFL ölkə çempionunun ev oyunları ilə bağlı qərarlar qəbul edib:
1-ci divizionun 9-cu turunun “Qarabağ-2” – MOİK qarşılaşması noyabrın 2-də “Azərsun arena”da oynanılsın.
Topaz premyer liqasının 10-cu turunun “Qarabağ” – “Sumqayıt” görüşü noyabrın 3-də Tofiq Bəhramov adına respublika stadionunda keçirilsin.