- Baxış sayı: 48
- 13 Avqust 2026 23:45
- Baxış sayı: 568
- Avqust 12, 2026
- 0

İtaliya futbolunun əfsanəsi Andrea Pirlo tezliklə İtaliya komandalarından “Sampdoriya”nın baş məşqçisi vəzifəsinə təyin olunacaq.
Allsport.az xəbər verir ki, klub rəhbərliyi son iş yeri “Fateh Qaragömrük” olan 44 yaşlı mütəxəssislə əməkdaşlığa razılaşıb.
Tərəflər daha bir mövsüm uzatmaq imkanı ilə 2 illik müqavilə imzalayacaqlar.
Türkiyə təmsilçisindən əvvəl Pirlo İtaliya kubokunda (2021) və İtaliya super kubokunda (2020) qələbəyə səbəb olan “Yuventus”a rəhbərlik edib.