- Baxış sayı: 26
- 26 Avqust 2026 10:52
- Baxış sayı: 74
- Avqust 25, 2026
- 0


UEFA konfrans liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Allsport.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Neftçi” növbəti mərhələyə yüksələcəyi təqdirdə “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.
“Ağ-qaralar”ın 3-cü təsnifat mərhələsinə vəsiqə qazanması üçün əvvəlcə 2-ci təsnifat mərhələsində Belarusun Minsk “Dinamo”sunu mübarizədən kənarlaşdırması lazımdır.
“Neftçi” – “Dinamo” arasında ilk görüş iyulun 22-də Bakıda, cavab oyunu isə bir həftə sonra Bolqarıstanda keçiriləcək.