- Baxış sayı: 62
- 22 Oktyabr 2026 23:41
- Baxış sayı: 530
- Oktyabr 21, 2026
- 0

Azərbaycanın voleybol millisi Avropa çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda “C” qrupunun 3-cü turunda Rumıniya seçməsi ilə üz-üzə gəlib.
Milli gimnastika arenasındakı qarşılaşma Azərbaycan yığmasının qalibiyyəti ilə bitib – 3:2 (25:21, 25:23, 15:25, 22:25, 15:8).
Xatırladaq ki, Azərbaycan millisi I turda Portuqaliyaya, II turda İspaniyaya eyni hesabla qalib gəlib. Komanda hazırda 8 xalla “C” qrupunun lideridir. Bu qrupun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək.