Bakıda ilk dəfə beynəlxalq triatlon yarışı

Bakıda ilk dəfə beynəlxalq triatlon yarışı

Sentyabrın 5-də Bakıda ilk dəfə “Alufar İronman 70.3 Baku” beynəlxalq triatlon yarışı keçiriləcək.

Allsport.az xəbər verir ki, yarışda 62 ölkədən ümumilikdə 1500 idmançının iştirakı nəzərdə tutulur.

İdmançılar Xəzər dənizində 1,9 kilometrlik üzgüçülük, şəhərin müxtəlif ərazilərini əhatə edən 90,1 kilometrlik velosiped və Bakı bulvarı boyunca 21,1 kilometrlik qaçış mərhələlərində mübarizə aparacaqlar. Finiş xətti “Yeddi gözəl” fəvvarəsinin yaxınlığında yerləşəcək.

Kişi və qadın kateqoriyalarında ilk 25 yeri tutan idmançılar 2027-ci ildə ABŞ-də təşkil olunacaq “İronman 70.3” triatlon üzrə dünya çempionatına vəsiqə qazanacaqlar.

Sentyabrın 4-də isə müxtəlif yaş qrupları üçün “İronkids” və 18 yaşdan yuxarı şəxslər üçün 5 kilometrlik “Fun run” qaçışları keçiriləcək. “İronkids” turnirində 5-8 yaşlı uşaqlar 500 metr, 9-13 yaşlı iştirakçılar 1 kilometr, 14-17 yaşlılar isə 2 kilometr məsafə qət edəcəklər.

“İronman” seriyasının ilk yarışı 1978-ci ildə Havay adalarında keçirilib.

Həmin kateqoriyadan