Təhlükəsizlik konfransı

Təhlükəsizlik konfransı

Bakı olimpiya stadionunda AFFA və daxili işlər nazirliyinin birgə iştirakı ilə təhlükəsizlik konfransı təşkil olunub.

Allsport.az xəbər verir ki, konfransda Azərbaycan premyer liqası və beynəlxalq oyunlar zamanı təhlükəsizliyin təmin olunması, kütlənin idarə edilməsi və aidiyyəti qurumlar arasında koordinasiya məsələləri müzakirə olunub.

Tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, peşəkar futbol liqasının prezidenti Elxan Səmədov, DİN-in baş ictimai təhlükəsizlik idarəsinin rəisi Elnur Kərimov, Bakı baş polis idarəsinin rəis müavini Şakir Məmmədov, həmçinin premyer liqa, 1-ci liqa və 2-ci liqa klublarının təhlükəsizlik menecerləri və azarkeşlərlə iş üzrə məsul şəxslər iştirak ediblər.

Həmin kateqoriyadan