“Premyer liqa ilə birinci liqa arasında fərq böyükdür“

Allsport.az xəbər verir ki, Azərbaycan kubokunun 1/8 final mərhələsində “İrəvan”a 8:2 hesabı ilə qalib gələn “Araz-Naxçıvan”in baş məşqçisi Azər Bağırovun mətbuat konfransında danışıb:

“Oyun istədiyimiz məcrada başlamadı. Uşaqlar bir qədər konsentrasiyanı itirmişdilər. Sonra çalışdıq, lazımi zonaları bağladıq. Qələbə münasibəti ilə komandamı təbrik edir, “İrəvan”a isə qarşıdakı oyunlarda uğurlar arzulayıram.
Premyer liqa ilə birinci liqa arasında fərq böyükdür. Bu, komandaların hazırlıq prosesinə də təsir edir. Bəzən istək, əzmkarlıq ustalıq səviyyəsini üstələyə bilir. Ona görə işimizə ciddi yanaşmalıyıq”.

Həmin kateqoriyadan