- Baxış sayı: 190
- 13 Aprel 2026 09:45
- Baxış sayı: 72
- May 06, 2026
- 0

“Qəbələ”nin U-19 komandası növbəti oyununu keçirib. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” AFFA tərəfindən təşkil olunan “Gənclər Kuboku”nda yarımfinalın cavab görüşünə çıxıb.
Famil Xəlilovun baş məşqçisi olduğu komanda öz meydanında “Qarabağ”la qarşılaşıb. Səfərdəki ilk matçda 1:1 hesablı heç-heçəyə nail olan “Qəbələ” doğma meydanda 3:2 hesablı qələbə qazanıb. Komandamızın heyətində Gülağa Əsədov iki, Hüseyn Mürsəlov bir qol vurub.
Bununla da finala yüksələn “qırmızı-qaralar” həlledici görüşdə “Sabah”la üz-üzə gələcək.