““Qəbələ” ilə səfər oyunlarımız hər zaman çətin olur”

“Sumqayıt” ın premyer liqasının 17-ci turunda səfərdə “Qəbələ”yə 0:1 uduzub. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qonaqların baş məşqçisi Ayxan Abbasov bunu deyib:

““Qəbələ” ilə səfər oyunlarımız hər zaman çətin olur. Matça hər zaman olduğu kimi qələbə qazanmaq üçün çıxmışdıq. Lakin düşünürəm ki, rəqib bizdən daha istəkli idi.

Oyunumuz yaxşı alınmadı. Səhvlərimiz üzərində çalışacağıq. Çempionatda rəqabət də artmaqdadır. Artıq qazanacağımız hər xal daha vacib olacaq. “Qəbələ”ni qələbə münasibəti ilə təbrik edirəm”.

Həmin kateqoriyadan