- Baxış sayı: 44
- 28 Sentyabr 2026 23:57
- Baxış sayı: 117
- Sentyabr 26, 2026
- 0

“Qəbələ” qanalı futbolçu Samuel Tetteh ilə yollarını ayırıb.
Allsport.az xəbər verir ki, 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2023-ci ilin sentyabrından Qəbələdə çıxış edən Samuel “qırmızı-qara” formada 25 matçda 3 qol vurub. O, Premyer Liqada 21 (2 qol), Azərbaycan kubokunda 4 (1 qol) oyunda iştirak edib.